Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş müaciətləri diqqətlə araşdırılır

19 may 2020 | 16:00

18 may 2020-ci il tarixdə “Xəzər” TV-da  Sabirabad rayonu Əliləmbəyli kəndinin bir qrup sakini örüş təyinatlı torpaq sahəsində bostan məhsulu əkildiyini, mal-qaralarını otarmaq üçün örüş yeri olmadığını bildirərək bu sahədə kəndin ərazi icra nümayəndəliyinə və yerli Bələdiyyəyə müraciət etdiklərini, lakin qane edici cavab ala bilmədiklərini  əks etdirən  xəbər yer alıb.

Məlumat üçün bildiririk ki, həmin xəbərə dərhal reksiya verilmiş və ərazidə rayon İcra Hakimiyyətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan ərazi idarəsinin məsul əməkdaşları  iddiaçı vətəndaşların iştirakı ilə ilkin araşdırmalar aparılmışdır.

Öyrənilmişdir ki, Əliləmbəyli bələdiyyəsinin  mülkiyyətində 463 hektar örüş yeri var, bundan 232 hektarı icarə qaydasında ayrı-ayrı vətəndaşlara verilib. Narazılıq doğuran torpaq sahəsinə baxış keçirilərkən sözügedən örüş yerinin 10 hektarında bostan, 29 hektarında pambıq, 8 hektarında yonca və 25 hektarında arpa əkini aparıldığı müəyyən edilmişdir.  Söhbət əsnasında iddiaçılarla razılıq əldə olunmuşdur ki, kəndə yaxın olan sözügedən  bostan və pambıq əkini sahələrindən məhsul yığımı başa çatdırıldıqdan sonra  ümumi istifadəyə veriləcəkdir.

Keçidlər