Korrupsiya, rüşvətxorluq, dövlət əmlakını talama halları dövlətçiliyə və xalqa xəyanətdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Yuxarıda qeyd olunan məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə müvafiq tapşırıqların verilməsinə baxmayaraq belə halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.
Sabirabad rayonunda koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulmasına yol verilmiş vəzifəli şəxslərə qarşı təsirli tədbirlər görülmüşdür. Araşdırmalarla əsaslı şübhələr müəyyən olunduğuna görə Sabirabad rayon İcra Hakimiyyəti başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyev rayon İcra Hakimiyyəti başçısının əmri ilə tutduqları vəzifədən azad olunmuş, barələrində toplanmış materiallar araşdırılması üçün rayon Prokurorluğuna göndərilmişdir.
Neqativ hallara qarşı rayon İcra Hakimiyyəti rayon Prokurorluğu ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirləri davam etdirirlər.
Sabirabad rayonunda əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqqlarının ödənişi qaydalarının icrası və ümumilikdə neqativ hallara yol verilməməsini təmin etmək məqsədilə xüsusi komissiya yaradılmışdır. İşə qəbul olunan sosial işçilərin işlərə cəlb edilməsi üçün dislokasiyalar hazırlanmış, komissiya tərəfindən aidiatı qurumlarla birlikdə müntəzəm onların işə davamiyyəti ilə bağlı monitorinqlər keçirilir. Bu sahədə aparılan işlər ciddi nəzarətə götürülmüşdür.