“Kitab bayramı”nın sevinci
Mayın 24-də Ulu öndərin əzəmətli abidəsi qarşısında ümummilli liderin 90 illiyinə həsr edilmiş “Kitab bayramı” keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyəti başçısı aparatının, Mədəniyyət və Turizm şöbəsinin, Mərkəzi Kitabxana sisteminin təşkilatçılığı ilə keçən tədbirin iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsinə gül dəstələri qoymuşlar.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyein həyat və fəaliyyətini əks etdirən kitablara maraqla baxmışlar. “Kitab bayramı”nda həmçinin müxtəlif dövrlərdə yaşayıb yaratmış şair və yazıçıların əsərləri də sərgilənmişdir. Sərgilənən əsərlər içərisində yerli yazarların kitabları da olmuşdur.
Bağça uşaqları və məktəblilər Ulu öndərə həsr olunmuş şeirlər söyləmişlər