Respublika günü münasibətilə tədbir.
Mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü tamam olmuşdur. Həmin gün rayon Gənclər Mərkəzində rayon Gənclər və İdman idarəsinin təşkilatçlığı ilə Respublika Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev açaraq Respublika günü münasibətilə iştirakçıları təbrik etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev Respublika Gününün tarixi əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, 1918-ci ilin may ayının 28-də M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Qısa müddət ərzində dövlət qurumları yaradıldı, bir sıra işlər görüldü. Demokratik respublikanın süqutundan sonra xalqımız 71 il Sovet ittifaqının tərkibində yaşamalı oldu. Lakin 1991-ci ildə xalqımız müstəqilliyini bərpa etsə də ökəmiz həmin vaxt çətin duruma düşdü. Belə bir çətin dövrdə 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyev xalqın israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə gətirildi. Ulu öndərin xilaskarlıq missiyasının nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Hazırda ölkəmiz hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbir iştirakçılarını bayram günü münasibətilə rayon rəhbərliyi adından təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbin direktoru Kimya İsmayılova, Ə.Qurbanov adına Qalaqayın kənd tam orta məktəbin direktoru Seyidəli Hadıyev, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Səidə Hüseynova, “Aran” regional debat mərkəzinin sədri Murad Həsənli tədbirdə çıxış etmişlər.