Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar günü Sabirabad rayonunda qeyd edilmişdir

05 mart 2020 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq  Azərbaycan qadınlarının müsbət keyfiyyətləri barədə öz fikirlərini söyləmişdir. O qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınlarını daim yüksək qiymətləndirmiş, onlara həmişə qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. İctimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə qadınlarımız var güclərini sərf edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadınlarımıza örnəkdir. O istər ölkəmizdə, istərsə də xaricdə sülh, dostluq, demokratiya naminə misilsiz xidmətlər göstərmiş, xeyirxah əməlləri ilə Azərbaycan xalqının tarixinə parlaq səhifələr yazmışdır.

Siraqəddin Cabbarov qadınları bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı, səadət, firavanlıq, işlərində uğurlar arzulamışdır.

Rayon İcra Hakimiyyətinin başçısı qadınların bir qrupuna mükafatlar təqdim etmişdir.

Keçidlər