Əhmədabad kəndində növbəti səyyar görüş-qəbul keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun Əhmədabad kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirmişdir.
Görüş-qəbulda xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər.
Kənd sakinləri görüş-qəbul zamanı əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması, bələdiyyənin ehtiyat fondundan icarə qaydasında torpaq sahələrinin ayrılmasını xahiş etmişlər.
Görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.