Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonumuzda olmuşdur.

21 may 2013 | 15:00

Gender bərabərliyi və qadınların imkanlarının genişləndirməsi inkişafı fundamental əsasdır və bu, 2015-ci ildən sonrakı qlobal məsləhətləşmələrdə önəmli yer tutur. Bu məqsədlə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə mayın 20-də rayonumuzda Heydər Əliyev Mərkəzində regional müzakirə keçirmişdir.
Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar.
Məsləhətləşmə qadın sahibkarları, qadınların məsələləri ilə məşğul olan QHT-ləri, sahibkarlığı təbliğ edən hökümət qurumlarını, icra hakimiyyəti nümayəndələrini, bələdiyyələri, medianı, eyni zamanda Sabirabad, Salyan, Hacıqabul, İmişli, Saatlı, Beyləqan rayonlarının və Şirvan şəhərinin yerli nümayəndələrini bir araya gətirmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qonaqları salamlamışdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk çıxış etmişlər. Təşkilatın nümayəndəsi vəzifəsinin icraçısı Serhan Aktoprakın təqdimatı olmuşdur.
Məsləhətləşmə zamanı gender bərabərliyi və kənd qadınlarının imkanlarının genişləndirilməsi, o cümlədən Sabirabad və digər qonşu regionlarda ailə üzvlərinin miqrasiyası və bunun qadınlara təsiri mövzularına toxunulmuşdur.
Tədbirdə eyni zamanda qeyd edilmişdir ki, milli məsləhətləşmələr “Azərbaycan-2020: Gələcəyə Baxış” İnkişaf konsepsiyasındakı inkişaf prioritetlərinə uyğunlaşdırılmışdır. Iyun ayının ortalarında planlaşdırılmış təqdimetmə seminar zamanı məsləhətləşmələr nəticəsində toplanmış ideya və təkilflər bütün adiyyatı təşkilatlar tərəfindən təsdiq edilərək iyunun sonuna qədər BMT hesabatına daxil ediləcəkdir.

Keçidlər