Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda ümumrayon müşavirəsi keçirilmişdir

06 fevral 2020 | 16:00

Fevralın 6-da rayon Mədəniyyət Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir.   

Müşavirədə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etmişdir ki, fevralın 3-də keçirilmiş konfransda dövlət başçısı qarşımıza mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin arasında pambıqçılığın inkişafı əsas yer tutur və bu istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ölkənin pambıqçılıq, həmçinin baramaçılıq sahəsində mövcud potensialından maksimum səmərəli istiıfadə olunması hesabına bir tərəfdən kənd yerlərində əhalinin məşğulluğu və gəlir əldə etmək imkanları təmin olunur, digər tərəfdən isə ölkənin ixrac potensialı daha da gücləndirilir.

Siraqəddin Cabbarov eyni zamanda aqrar sahədə olan vəziyyət, əldə edilmiş nailiyyətlər və problemlər barədə məlumat vermişdir. O Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahənin, xüsusilə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi üçün qarşıya qoyduğu mühüm vəzifələri həyata keçirmək məqsədilə hər kəsi əlindən gələni əsirgəməməyə çağırmışdır.

Müşavirədə digər sosial-iqtisadi məsələlər də müzakirə olunmuşdur.

Keçidlər