Şriftin ölçüsü :

Saytın rəngi :

YAP rayon təşkilatında növbədənkənar konfrans keçirilmişdir.

12 may 2013 | 15:00

Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatının növbədənkənar konrfansı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi qarşısına gül-çiçək dəstələri düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Nazim İsmayılovun, Milli Məclisin deputatları Rüstəm Xəlilovun, Aslan Şahverdiyevin, YAP icra aparatının məsul işçisi Ramil Mirzəyevin, rayon təşkilatının rəhbər orqanı olan şura üzvlərinin, ilk partiya təşkilatı sədrlərinin və partiyanın fəal üzvlərinin iştirak etdiyi konfransı giriş sözü ilə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açmışdır.
Nadir Quliyev konfrans iştirakçılarının qarşısında çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai siyasi həyatında, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində həlledici qüvvəyə malik bir təşkilatdır. Bu siyasi təşkilatın tutduğu yol ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ölkəmizin gələcək inkişafının və xalqımızın firavanlığının təminatı olan bu yol, bu kurs cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
YAP Sabirabad rayon təşkilatında üzvlərin sayı 7104 nəfərdir. Bunların 31% gənclər, 32% isə qadınlar təşkil edir. Rayon təşkilatının fəaliyyəti nəticəsində 88 ilk partiya təşkilatı yaradılmışdır. Rayon mərkəzində partiya təşkilatının yeni inzibati binasının inşa edilməsi aparat işçiləri və partiya üzvləri tərəfindən sevinclə qarşılanmışdır.
Bu il respublikamızda növbəti prezident seçkiləri keçiriləcəkdir. Əvvəlki seçkilərdə olduğu kimi, rayonumuzda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün şərait yaradılmışdır. Rayonu əhatə edən 3 dairə seçki komissiyasında 83 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Inanıram ki, bütün Azərbaycan xalqı kimi, rayonumuzun əhalisi də bu seçkilərdə prezidentliyi dövründə xalqın rifahı və firavanlığı naminə gördüyü tarixi xidmətlərini nəzərə alaraq məhz cənab İlham Əliyevin namizədliyi ilə gedəcək və Yeni Azərbaycan Partiyası öz növbəti qələbəsini qazanacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Nazim İsmayılov konfransda çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

Keçidlər