Həşimxanlı kəndində səyyar görüş-qəbul keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Həşimxanlı kəndində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlardan bəhs etmişdir. İcra başçısı həmçinin rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, aqrar sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır.
Tədbirdə çıxış edən vətəndaşlar onları narahat edən məsələləri qaldırmışlar. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.