Sabirabadda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir
23 yanvar 2020 | 16:00
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində «İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi barədə əhalinin maarifləndirilməsi» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Elnur Abbasov mövzu ilə bağlı geniş məruzə etmişdir.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.