Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyəti başçısının Ulacalı kəndində səyyar görüş-qəbulu keçirilmişdir

21 yanvar 2020 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ulacalı kəndində vətəndaşlarla növbəti səyyar görüş-qəbulu keçirmişdir. Görüşdə rayonun səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və vətəndaşlar iştirak etmişlər.

İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan geniş bəhs etmiş, Sabirabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir. O, qeyd etmişdir  ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, sosial layihələr həyata keçirilir.

Qəbulda vətəndaşların qaldırdıqları məsələlər ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir. Eyni zamanda qaldırılmış bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapmışdır.

Keçidlər