Növbəti səyyar görüş-qəbul rayonunun Qaratəpə kəndində keçirilmişdir
14 yanvar 2020 | 16:00
Görüş - qəbulda rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, rayonumuzda görülən abadlıq-quruculuq işlərindən, aqrar sahədə qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş və digər həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülmüşdür.
Səyyar görüş-qəbulda rayon İcra Hakimiyyətinin və xidmət təşkilatlarının məsul şəxsləri iştirak etmişlər.