Axısxa kəndində növbəti səyyar görüş-qəbul keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Axısxa kəndində keçirilmişdir.
Görüşdə rayonun səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Görüşdə kənd sakinləri torpaq məsələləri, əkinlərin suvarılmasına, dren-kollektorların lildən təmizlənməsinə köməklik göstərilməsi barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.