Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman rayonumuzda olmuşdur.

09 may 2013 | 15:00

Mayın 8-də Heydər Əliyev adına mədəniyyət sarayında insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar (MFP) növbəti ictimai dinləmələr keçirmişdr.
Tədbir iştirakçıları Şuşanın işğalı zamanı və torpaqlarımızın müdafiəsi uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirər barədə məlumat vermişdir. Rayon rəhbəri  bildirmişdir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli liderimizin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunu böyük səylə, ləyaqətlə davam etdirir. Məhz bunun nəticəsidir ki, ölkəmiz surətlə inkişaf edir. Bu inkişaf rayonumuzda da əhəmiyyəli dərəcədə hiss olunur.
Rayon rəhbəri həmçinin vurğulamışdır ki, rayonda insan hüquqların müdafiəsi sahəsində də tədbirlər genişləndirilmişdir. Vətəndaşların hüquqlarının qorunması daim diqqət mərkəzindədir.
Insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxış edərək ölkəmizdə ombudsman institutunun təsis edilməsinin, Milli Fəaliyyət Proqramının icra vəziyyətinin monitorinqi məqsədilə rayonlarda keçirilən ictimai dinləmələrin əhəmiyyətindən danışmışdır.
Ombudsman qeyd etmişdir ki, insan hüquqlarının müdafiəsinin gücləndirilməsində maarifləndirmə işinin əhəmiyyəti olduqca böyükdür. Rayonda keçirilən ictimai dinləmələr də bu məqsəddən irəli gəlir.
Sonda tədbir iştirakçıları dəyərli təklif və tövsiyyələrinə görə Ombudsmana öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər