Suqovuşan kəndində növbəti səyyar görüş-qəbul keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar görüş - qəbulu rayonun Suqovuşan kəndində keçirilmişdir. Görüşdə rayonun səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Sabirabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə tapşırılmışdır.