Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilmişdir

21 dekabr 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında pambıq mövsümünün başa çatması və 2020-ci ildə görüləcək işlərlə bağlı müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığa göstərilən hərtərəfli diqqət və qayğı bütövlükdə respublikamızın sosial-iqtisadi həyatına, eləcə də regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha sürətli inkişafına möhkəm zəmin yaratmış və son illərdə bu sahədə yüksək uğurlar əldə olunmuşdur. Dövlət başçısının aqrar sektora xüsusi diqqət yetirməsi, bununla bağlı reallaşdırılan dövlət siyasəti xüsusi rol oynamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, aqrar sektorun inkişafı üçün ayrılan güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar aqrar sahənin inkişafını şərtləndirən amillərdir. Pambıqçılığa göstərilən diqqətin nəticəsidir ki, məhsul istehsalı ilbəil artır. İndi Azərbaycanda, eləcə də Sabirabad rayonunda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısı ölkənin pambıqçılıq sahəsinin potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına bir tərəfdən kənd yerlərində əhalinin məşğullluğunun və gəlir əldə etmək imkanlarının təmin olunmasını, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi müəyyən etmişdir. Siraqəddin Cabbarov eyni zamanda rayonumuzun kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd etmiş, aqrar sahədə mövcud vəziyyət, əldə olunmuş nailiyyətlər və problemlər barədə öz tövsiyə və tapşırıqlarını vermişdir.

Tədbirdə həmçinin Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubovun məlumatı dinlənilmişdir.

Keçidlər