Sabirabadda Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vətəndaşları qəbul etmişdir
20 dekabr 2019 | 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Sabirabadda vətəndaşlarla görüşmüşdür.
Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəlif, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmış, digərləri üzrə isə nazirliyin aidiyyatı məsul işçilərinə tapşırıqlar verilmişdir.