Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar görüş-qəbulu keçirilib

17 dekabr 2019 | 16:00

Təsdiq olunmuş qrafikə uyğun olaraq Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən Qaraqaşlı kəndində vətəndaşların növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

Qəbulda İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Səyyar görüş-qəbulda sakinlərə cari ildə Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən S.Cabbarov bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. İcra başçısı həmçinin rayonda abadlıq və quruculuq işlərindən, aqrar sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə də ətraflı danışmışdır.

Qəbul zamanı 10 nəfər kənd sakini onları narahat edən müxtəlif məsələlərə bağlı fərdi qaydada rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişlər. Müraciət edən hər bir vətəndaşın məsələsi diqqətlə dinlənilib, müarciətlərə aydınlıq gətirilib, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun formada aradan qaldırılması üçün rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər