Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu Rüstəmli qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə olmuşdur

10 dekabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti görüşü Rüstəmli qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə olmuşdur. Görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etmişlər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov sakinləri salamlayaraq dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğının əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırmışdır. İcra başçısı rayonda aparılan abadlıq-quruculuq, yaşıllaşdırma işlərindən də bəhs etmişdir.

Sonra məcburi köçkünlər onları narahat edən məsələlərdən danışmışlar. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş, digərləri isə aidiyyatı idarə və müəssisələrə tapşırılmaqla icrası nəzarətə götürülmüşdür.

Keçidlər