Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Ümummilli lider Heydər Əliyev böyük ehtiramla anılmışdır

12 dekabr 2019 | 16:00

Türk dünyasının böyük oğlu, müdrik şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ili tamam oldu. Həmin gün sabirabadlılar Azərbaycanın dahi oğlunun xatirəsini yad etmək üçün meydana toplaşmışlar. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, sahibkarlar, fermerlər, ictimaiyyətin nümayəndələri anım mərasimində iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyəti adından Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuşdur. Anım mərasiminin iştirakçıları ardıcıllıqla abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.

Mərasimdən sonra şəhərin Xeyir-şər evində ehsan verilmiş, Ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.

Keçidlər