Faşizm üzərində tarixi Qələbədən 68 il ötdü.
Mayın 7-də Böyük Vətən Müharibəsində tarixi qələbənin 68-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov çıxış etmişdir. O, Böyük Vətən Müharibəsi tarixindən danışaraq xalqımızın qəhrəmanlıq nümunələrindən söz açdı. Bildirdi ki, müharibəyə 640 min nəfərdən çox azəbaycanlı yollanmış, onlardan 350 min nəfərdən çoxu geri qayıtmamışdır. Faşıstlərə qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş azərbaycanlılardan ibarət diviziyalardan birinin-223-cü diviziyanın yeganə sağ qalmış döyüşçüsü Zülfəli Əliyev bu gün bayram tədbirində iştirak edir. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bu haqsızlığa son qoyuldu. Onlara qayğı göstərildi. Bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Bayram ərəfəsində hər il onlara birdəfəlik yardımlar verilir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov tədbirə yekun vuraraq veteranları bir daha səmimi qəlbdən təbrik etdi.