Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Güdəcühür və Şəhriyar köçkün qəsəblərinin sakinlərilə səyyar görüş - qəbul keçirmişdir

03 dekabr 2019 | 16:00

 

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar görüş-qəbulu  Güdəcühür və Şəhriyar köçkün qəsəblərinin sakinlərilə keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və yerli sakinlər iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı tədbiri açaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi kadr və struktur islahatlarından, ölkəmizdə olan ictimai-siyasi sabitlikdən ətraflı bəhs etmiş. İcra başçısı dövlət səviyyəsində  məcbur köçkünlərə göstərilən diqqət və qayğıdan,  həmçinin rayonda aparılan abadlıq-quruculuq işlərindən danışmışdır.

Sonra icra başçısı sakinlərin müraciətlərini dinləmişdir. Qaldırılan məsələlərin bir çoxu   yerində həll edilmiş, digər məsələlərin isə aidiyyəti təşkilatlar qarşısında qaldırılacağı barədə  izahat verildir.

Keçidlər