Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev Sabirabad və Hacıqabul rayon sakinlərini qəbul etmişdir

29 noyabr 2019 | 16:00
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Noyabrın 29-da Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Sabirabad və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
 
Keçidlər