Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüş - qəbul keçirmişdir

19 noyabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Surra kəndində keçirilmişdir. Görüşdə xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, rayonda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.

Görüşdə kənd sakinləri elektrik təsərrüfatının yenidən qurulması, yollara cınqıl döşənməsi və digər sosial məsələlər barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digər məsələlərin icrası isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə tapşırılmışdır.

Keçidlər