Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyanın növbəti mərhələsində Sabirabad məktəbliləri Lənkəran-Masallı-Astara bölgələrinə yola salındı

18 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib. 

Layihə üzrə tərtib olunan səfər proqramına əsasən noyabrın 18-də Sabirabadın 85 məktəbindən 40 nəfərlik qrup Lənkəran-Masallı-Astara istiqamətində yola salınıb. Qrupa daxil olan şagirdlər nümunəvi davranışa malik, dərs əlaçıları, Respublika Olimpiya qalibləri, idmanda nailiyyətləri və qeyri-adi bacarığı olmaqla seçilmişlər. Onlara Sabirabadın loqosunu əks etdirən üst geyimləri və bayraqlar verilmişdir. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olmuş, Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Daha sonra Gənclər Mərkəzinin həyətində ağac əkmiş və Mərkəzin qarşısından yola salınmışlar.

Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Azərbaycanın bir parçası olan Lənkəran-Masallı-Astara rayonları, onların zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Rayon rəhbərliyi tərəfindən mübadilə məqsədilə şagirdlərə rayonu təmsil edən suvenirlər verilmişdir.

Keçidlər