Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad: Ümummilli liderə sonsuz məhəbbət

05 may 2013 | 15:00

Sabirabad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbirin iştirakçıları öncə Heydər Əliyevin əzəmətli heykəli qarşısına gül dəstələri qoydular.
Mədəniyyət sarayında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Natiq Sabirabad rayonunun dirçəlişinin də Ulu öndərin adı ilə bağlı olduğundan da ətraflı danışdı. Dedi ki,  Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabada 14 dəfə səfər edib, müstəqillik dövründə isə 1998-ci ilin oktyabrın 4-də rayona səfəri olmuşdur. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, Kür çayı üzərindən nəhəng körpü salınıb, İttifaqda analoqu olmayan Qrup Su kəməri kompleksi qurulub, əhaliyə təbii qaz verilib, onlarla çoxmərtəbəlı yaşayış və inzibati binalar inşa edilib. Bu möhtəşəm mədəniyyət sarayı da digər tikililərlə bərabər dahi rəhbərin sabirabadlılara hədiyyəsidir. Ulu öndərin təşəbbüsü ilə tikilən və onun iştirakı ilə 1976-cı ilin sentyabrın 3-də istifadəyə verilən mədəniyyət sarayında Heydər Əliyev 8 dəfə zona müşavirələri keçirib.
Məruzəçi dedi ki, Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf  yolundadır. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr də ölkə Prezidentinin fəaliyyəti ilə vəhdət təşkil edir. Ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə uğurları daha da artıracaqdır.

İcra başçısı cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın firavanlığı, müstəqilliyimizin möhkəmləndirilməsi naminə möhtəşəm fəaliyyətinin cəmiyyətimizin hər bir üzvünün sabahkı günə inamını daha da artırdığını xüsusi vurğuladı.
Sonra tədbir iştirakçılarını gənc Heydərçilər salamladı.
Yubiley tədbirinin bədii hissəsi rəngarəng proqramla yadda qaldı. Respublikanın  xalq artisti Mələkxanım Əyyubovanın, muğam festivalının qalıbı Abgül Mirzəliyevin, respublikanın xalq artistləri, tarzənlər Möhlət Müslümovun və Ağasəlim Abdullayevin, xanəndələr Saleh Novruzovun, Ramiz Sultanovun, Elçin Vəlizadənin, Aşıq Ədalətin, söz ustadı Namiq Mənanın və başqalarının çıxışları dəfələrlə alqışlarla qarşılandı.

Keçidlər