Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad və İmişli rayonlarının müvafiq fənn müəllimləri, metodistlər, məktəb direktorları, təhsil şöbələrinin nümayəndələri üçün seminar keçirilmişdir

08 noyabr 2019 | 16:00

Sabirabad Heydər Əliyev Mərkəzində keçirilən plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, DİM-in yeni layihə və nəşr işləri haqqında təqdimatla çıxış edib. 

Azərbaycan dili fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva qəbul imtahanlarının birinci və ikinci mərhələsininin - buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov isə buraxılış və qəbul imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib. 

Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov buraxılış və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.

İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri Şəhla Musayeva, rus dili fənni üzrə ekspert Afət Mürsəliyeva buraxılış imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər