Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun Qasımbəyli kəndində növbəti səyyar görüş-qəbul keçirilib

05 noyabr 2019 | 16:00

Görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak edib. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov sakinləri salamlayıb və dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığı diqqətə çatdırıb.

İcra Başçısı bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.
Görüşdə sakinlər kənddə əkin sahələrinin suvarılması, su arxlarının lildən təmizlənməsi, zinə sularının axıdılması ilə bağlı və müxtəlif səpkili müraciətlər ediblər.

Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib.

Keçidlər