Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir

19 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.

Sərəncamın icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq 19 oktyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Rayonun Gənclər Mərkəzində "Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən  70-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, məsləhətlər verilmiş, onların problemləri ilə bağlı dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmışdır. 

Keçidlər