Şriftin ölçüsü :

Saytın rəngi :

Bulaqlı kəndində növbəti səyyar görüş-qəbul keçirilmişdir

15 oktyabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısı qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Bulaqlı kəndində keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, dövlət başçısının hərtərəfli qayğısı sayəsində Sabirabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir. İcra başçısı aqrar sahədə görülən işlər və qarşıda duran vəzifələrdən də bəhs etmişdir.

Görüşdə 130 kənd sakini iştirak etmiş, 7 nəfərin çıxışı dinlənilmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuşdur. İcra başçısı 5 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Keçidlər