Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu

26 aprel 2013 | 15:00

Aprelin 25-də Sabirabad rayon Heydər Əlıyev Mərkəzində  görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əlıyevin abidəsi önünüə tər güllər düzmüşlər.
Rayon içtimaiyyətinin, ziyalıların, gənclərin iştirak etdikləri konfransı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  açaraq bu günlər respublikanın hər yerində olduğu kimi, Sabirabad da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır. Qeyd olunmuşdur ki, ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətlərinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə görkəmli alimin 90 illik yubileyi respublika səviyyəsində geniş qeyd olunur.
Natiq bildirilmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. Zərifə xanım ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əlıyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Mərkəzi rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov, cərrah oftalmoloq Elmira  Zeynalova, müəllım  Vüqar Fərzəlıyev tədbirdə  çıxış edərək qeyd ediblər ki, ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi Zərifə xanımın taleyində əbədiləşmişdir. Zərifə xanım Azərbaycan qadınlarının vüqar, iftixar və fərəh səmasında, eləcə də tibb elmimizin zirvəsində parlayan bir əbədiyyət Günəşidir. Qeyd olunmuşdur ki, yüksək mədəniyyəti, istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı olanın köməyinə çatmaq bacarığı Zərifə xanımın həyatının insanlara humanist xidmət nümunəsi kimi diqqəti cəlb edirdi. Hədsiz dərəcədə xeyirxah insan olan Zərifə Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün çox çalışırdı.  Konfransda dönə-dönə vurğulanıb ki, zəngin və mənalı ömür yolu keçmiş Zərifə Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
      Konfransın sonunda rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında sənədli filmlər  silsiləsindən  “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunmuşdur.

Keçidlər