Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İntiqam Babayev Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul etmişdir

11 oktyabr 2019 | 16:00

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda 12 nəfər vətəndaş iştirak edib.

Müraciətlər gənclər mərkəzlərinin yaradılması, gənclər sahəsində beynəlxalq layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif ölkələrdə keçirilən tədbirlərə ezam olunması və digər məsələlər olub. 

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir.

Keçidlər