Şriftin ölçüsü :

Saytın rəngi :

Xankeçən kəndində səyyar görüş- qəbul keçirilmişdir

08 oktyabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Azadkənd kənd inzibati ərazi dairəsinin Xankeçən kəndində keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış və keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışmışdır. İcra başçısı son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açmış, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd edilmişdir ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır.

Görüşdə iştirak edən 120 nəfər kənd sakinindən 3 nəfərin çıxışı qeydə alınmışdır. Çıxış edənlər su kanallarının, dren-kollektorların lildən təmizlənməsi, yolların təmiri, rabitə xidmətinin yaxşılaşdırılması və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər. İcra başçısı 15 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir. Qaldırılan məsələlər aidiyyatı idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Keçidlər