“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan Regional Qaz İstismarı İdarəsinin Sabirabad Xidmət sahəsinin inzibati binasında Sabirabad və Saatlı rayon sakinlərinin problemlərini dinləyib. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.