Şriftin ölçüsü :

Saytın rəngi :

Muğan Gəncəli kəndində səyyar görüş-qəbul keçirilmişdir

01 oktyabr 2019 | 16:00

Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Siraqqədin Cabbarovun növbəti səyyar görüş-qəbulu Muğan Gəncəli kənd inzibati ərazi dairəsinin Muğan Gəncəli kəndində  keçirilmişdir.

Görüşdə çıxış edən icra başçısı yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əmək haqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Diqqətə çatdırılıb ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. İcra başçısı aqrar sahənin inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən də danışib.

Səyyar qəbulda kənd sakinləri rayonda geniş vüsət alan yaşıllaşdırma işlərinə görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər