Sabirabad rayonu Güdəcühür kəndində səyyar görüş-qəbul keçirilmişdir
Sabirabad rayonu Güdəcühür kəndində səyyar qəbul-görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov kənd sakinlərini salamlayaraq respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı məlumat vermişdir. O həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən və bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır.
Qəbulda kənd sakinlərindən Taleh Səfərov, Ağasuvar Hüseynov, Xatirə Yahyayeva və başqalarının qaldırdığı məsələlərlə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verilmiş, qaldırılan bir sıra məsələlər isə yerindəcə öz həllini tapmışdır.