Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüş-qəbul keçirmişdir

18 sentyabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Həşimxanlı kənd inzibati ərazi dairəsinə daxil olan Həşimxanlı və Ətcələr kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirmişdir. O, ölkə başçısının bütün bölgələrə, o cümlədən Sabirabada göstərdiyi diqqət və qayğısıdan danışmış, rayonda həyata keçirilən sosial layihələrdən söhbət açmışdır. İcra başçısı həmçının aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən də ətraflı bəhs etmiş, pambıqçılığın inkişafı üçün qarşıda duran vəzifələrdən danışmışdır.

Kənd  sakinləri  Həşimxanlı-Qaratəpə kəndlərarası avtomobil yolunun əsaslı təmir olunması, Həşimxanlı və Ətcələr kəndlərində elektrik təsərrüffatının yenidən qurulması, qapalı dren-kollektorun açıq kollektorla əvəz olunması və digər məsələlər ilə bağlı rəy və təkliflərini bildirmişlər. Qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurumlara tapşırıqlar verilmişdir.

Görüş-qəbul zamanı çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildmişlər.

Keçidlər