Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Balakənd kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirmişdir
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Balakənd kənd sakinlərilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər. Kənd sakinləri görüş-qəbul zamanı kənddə pambıq sahəsinin suvarılmasına, baş kollektorun lildən təmizlənməsinə, 400 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Sabir kanalına əlavə nasosunun quraşdırılmasına, 700 şagird yerlik Qalağayın kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə və digər məsələləlrin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.