Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Moranlı kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Moranlı kəndində keçirilib. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq qeyd edib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı ölkədə həyata keçirilən geniş sosial islahatlatlardan, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən və bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır.
Görüşdə iştirak edən 170 nəfər kənd sakininindən 9 nəfərin çıxışı qeydə alınmışdır. Çıxış edənlər su kanallarının, dren-kollektorların lildən təmizlənməsi, yolların təmiri və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər. İcra başçısı 5 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.