Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda müəllimlərin regional sentyabr konfransı keçirilmişdir

04 sentyabr 2019 | 16:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil işçilərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhərimizin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfrans iştirakçıları qarşısında çıxış edərək onları salamlamış, konfransın işinə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, müəllimlərin ənənəvi sentyabr konfransı bu gün ilk dəfə olaraq 3 rayonun təhsil işçilərinin və pedaqoji kollektivlərinin iştirakı ilə keçirilir. O qarşıdan gələn 15 sentyabr-Bilik günü münasibətilə müəllimləri, şagirdləri, valideynləri təbrik etmişdir. Bildirmişdir ki, təhsilə ulu öndər Heydər Əliyev tərəfindən daim yüksək qayğı göstərilmişdir. Hazırda bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Sabirabad, Saatlı, İmişli rayonlarının Təhsil şöbələrinin müdirləri Pəhlivan Qarayev, Seyidağa Kazımov, Ələmdar Quliyev «2018-2019-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda hesabat məruzələri ilə çıxış etmişlər.

Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev məruzəsində qeyd etmişdir ki, Sabirabad rayonunda 1 məktəb- lisey, 64 tam orta məktəb, 15 ümumi orta məktəb, 5 ibtidai məktəb, Uşaq Gənclər İdman Şahmat məktəbi fəaliyyət göstərir. 2018/2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 26928 şagird təhsilə cəlb edilmişdir. Şagirdlərin təhsili və tərbiyəsi ilə 2722 nəfər pedaqoji işçi məşğul olmuşdur. Müəllimlərimizdən 7 nəfəri «Respublikanın əməkdar müəllimi» fəxri adına, 11 nəfəri «Tərəqqi» medalına, 1 nəfər «İlin müəllimi» adına layiq görülmüşdür. 14 nəfəri isə «Qabaqcıl təhsil işçisi»dir. Son 4 ildə ali məktəblərə qəbul olunanların sayında ilbəil artım müşahidə olunur. Keçən il 331 məzun, bu il isə 345 məzun ali məktəblərə qəbul olunmuşdur.

Rayonun ümumtəhsil məktəblərinin təmiri və yeni binaların inşası diqqət mərkəzində olmuşdur. Keçən tədris ili ərzində Qaratəpə kənd tam orta məktəbi əsaslı, Bulaqlı kənd tam orta və Balakənd kənd ümumi orta məktəbləri isə cari təmir edilmişdir.

Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev konfransda çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Keçidlər