Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nəsimi kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirmişdir

27 avqust 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Nəsimi kənd sakinlərilə keçirilib.

Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etmək mütamadi olaraq keçirilən səyyar görüşlərin əsas məqsədidir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Görüşdə iştirak edən 100 nəfər kənd sakininindən 7 nəfərin çıxışı qeydə alınmışdır. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər