Sabirabadın Yaxa Dəllək kəndində növbəti səyyar görüş-qəbul keçirildi
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Yaxa Dəllək kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, bu görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.
İcra başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan da ətraflı danışmışdır. Görüşdə iştirak edən 80 nəfər kənd sakininindən 4 nəfərin çıxışı qeydə alınmışdır. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.