Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Zalqaraağac kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Zalqaraağac kənd sakinləri ilə keçirilib. Qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev də iştirak etmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov görüşü açaraq mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsədin kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etmək olduğunu bildirmişdir.
İcra Başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən inqilabi islahatların əhəmiyyətindən danışmış, vətəndaşlarıın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi xalqın rifahına yönəldildiyini bildirmiş və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Görüşdə iştirak edən 120 nəfər kənd sakininindən 9 nəfərin çıxışı qeydə alınmışdır. Qaldırılan məsələlər aidiyyəti olaraq tapşırılmış və icrası nəzarətə götürülmüşdür.