Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Çöl Ağaməmmədli kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi

07 avqust 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əliləmbəyli kənd inzibati ərazi dairəsinin Çöl Ağaməmmədli kənd sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev də iştirak etmişdir.

Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Siraqəddin Cabbarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

Qəbulda kənd sakinləri kanalların lildən təmizlənməsi, kənd yolları təmiri və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Keçidlər