Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

11 aprel 2013 | 15:00

Aprelin 10-da Heydər Əliyev Mərkəzində “Azərbaycan” qəzeti redaksiyası və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  ümummilli lidert Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirimişdir. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək önünüə gül-çiçək qoymuşlar.
Rayon içtimaiyyətinin, ağsdaqqalların, ziyalıların, gənclərin qatıldğı “dəyirmi masa”nı  giriş sözü ilə  rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  açaraq tədbir iştirakçılarını salamlamışdır. Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun aparıcılığı ilə keçən “dəyirmi masa”da eyni zamanda qəzetin əməkdaşları da iştirak etmişlər. Qəzetin redaktoru Bəxtiyar Sadıqov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında xronoloji ardıcıllıqla, tutarlı faktlarla ətraflı çıxış etmışdir. Bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxışında vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyev 15 dəfə Sabirabadda olmuşdur. Hər dəfə Sabirabadda olarkən adamların qayğıları ilə maraqlanmış, taleyüklü məsələ\ləri həll etmişdir. Ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə ölkəmiz ağır böhrandan , labüd fəlakətdən xilas oldu. Iqtisadiyyatımız inkişaf etdi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi. Artıq Ümummilli lider Heydər Əliyevin arzuları və ideyaları reallaşıb. Onun siyası kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunu uğurla davam etdirir. əminik ki, xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox böyük nailiyyətlərə imza atacaq.
“Axısxa” istehsal kooperativinin sədri Hətəmşah Məsidov, Qarabağ əlillə\ri, veteranları və şəhid ailələri içtimai Birliyinin rayon şöbəsinin sədri Füzuli Paşayev, rayon Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Böyükağa Həmidov, Cəngən kənd tam orta məktəbin direktoru Sevinc Mirzəyeva, Suvarma Sistemləri idarəsinin rəisi Əflan Aslanov, gənclər adından Murad Həsənli tədbirdə çıxış etmişlər.
“Dəyirmi masa”da çıxış edənlər bildirdilər ki, 1988-1993-cü illərdə Azərbaycan çox ağır fəlakətli dövr yaşayırdı. Bir-birini əvəz edən sərişdəsiz hakimiyyət ölkəni məhvə, xalqı faciəyə sürükləyirdı. Ulu öndər xalqın israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra da Azərbaycanı ən çətin sınaqlardan məharətlə çıxardı və inkişaf etdirdi. Ümummilli lider Vətənimizi, xalqımızı bütün dünyaya tanıdan, özü isə insanlığın zirvəsinə ucalan, dünyanın nəhəng siyasətçiləri sırasında dayanan ən böyük Azərbaycanlıdır. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu Heydər Əliyev də olacaqdır.
Çıxış edənlər onu da bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin müəjjənlə\şdirdiyi yolu onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. “013-cü il Prezident seçkilərində bütün Azərbaycan xalqı kimi, sabirabadlılar da fəallıq göstərəcək, ancaq İlham Əliyevə səs verəcəklər. Bununla Heydər Əliyev siyasətinə, inkişafa, tərəqqiyə, xoşbəxt gələcəyə, vətəndaş həmrəyliyinə səs vermiş olacaqlar.
Tədbirboyu  Ümummilli lider Heydər Əliyevin möhtəşəm fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirimişdir.

Keçidlər