Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dadaşbəyli kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi

22 iyul 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dadaşbəyli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilmişdir. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.

İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Görüşdə iştirak edən 90 nəfər kənd sakininindən 4 nəfərin çıxışı qeydə alınmış, qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər