Sabirabad rayon İcra Hakimiyyəti başçısının rayonun Nərimankənd kəndində növbəti səyyar görüş-qəbulu keçirilmişdir
09 iyul 2019 | 16:00
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Sabirabad rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüş-qəbulu rayonun Nərimankənd kəndində keçirilmişdir.
Rayonun xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışmışdır.
Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.