Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Şəhriyar kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şəhriyar kəndində keçirilib. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq qeyd edib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən sosial islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşların maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi xalqın rifahına yönəldildiyini bildirmiş və o, həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən və bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır.
Görüşdə iştirak edən 155 nəfər kənd sakininindən 7 nəfərin çıxışı qeydə alınmışdır. Mirzəbəy Şirinov, Şamama Fərəcova, Ağabala Ağayev, Ərzuman İsmayılov və başqaları çıxış edərək su kanallarının, dren-kollektorların lildən təmizlənməsi, yolların təmiri və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər. İcra başçısı 14 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.