Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda pambıqçılığa həsr olunmuş regional müşavirə keçirilmişdir

27 iyun 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətində pambıqçılığa həsr olunmuş regional müşavirə keçirilmişdir. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, nazirliklə əlaqəli qurumların rəhbərləri, pambıqçılıq şirkətlərinin nümayəndələri, 10 rayonun kənd təsərrüfatı ilə əlaqəli idarələrin təmsilçiləri, pambıqçı fermer və sahibkarlar iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısı ölkənin pambıqçılıq sahəsinin potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına bir tərəfdən kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin olunmasını, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi müəyyən etmişdir.

Siraqəddin Cabbarov eyni zamanda rayonumuzun kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd etmiş, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər və problemlər barədə məlumat vermişdir.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi üçün qarşımıza mühüm vəzifələr qoymuşdur. Bu vəzifənin reallaşdırılması üçün dövlət başçısının tapşırıqları əsasında konkret dövlət dəstəyi həyata keçirilir. Nazir müavini həmçinin ölkədə aparılan aqrar siyasət, nazirlik tərəfindən həyata keçirilən tədbirlər, pambıqçılığın inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev müşavirədə çıxış edərək vurğulamışdır ki, ölkə Prezidenti cənab İlham Əliyev aqrar sektora, xüsusilə meliorasiya və su təsərrüfatı sahəsinə böyük diqqət və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Zakir Quliyev qeyd etmişdir ki, su ehtiyatlarında çatışmazlıq mövcuddur. Bu da sudan səmərəli və qənaətlə istifadə etmək istiqamətində əlaqədar təşkilatlar və təsərrüfat sahibləri qarşısında həlli vacib olan məsələlər qoyur. Odur ki, kənd təsərrüfatı bitkiləri suvarılan zaman artıq su itkisinə yol verilməməsi üçün sahəyə verilən suvarma suyunun miqdarı bitkilərin tələb etdiyi normadan artıq olmamalı, sahədə sudan istifadə ciddi nəzarətdə saxlanılmalıdır.

Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılmış, intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmış, problemlərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Keçidlər